TOP
h


“Oskar” 2026 mükafatından sonra: Vanity Fair gecəsinin ən yadda qalan çıxışları


  /  Şou biznes   /  “Oskar” 2026 mükafatından sonra: Vanity Fair gecəsinin ən yadda qalan çıxışları




          Bəzi tədbirlərdən həftələrlə danışırlar. Bəzilərindən isə bütün gecə boyunca, hələ davam edərkən. Tam əminliklə deyə bilərik ki, Vanity Fair Oscar gecəsi ikinci kateqoriyaya aiddir. Bu gecə və məkan sadəcə bir əyləncə, qalibiyyətləri qeyd etmək və uduzanları təsəlli vermək üçün bir yer deyil. Bu, özünəməxsus qaydaları olan, öz enerjisi ilə yaşayan ayrıca bir kainatdır. Dolby Teatrında alqışlar hələ sənməmişkən və qaliblər qızıl heykelcikləri əllərində sıxarkən, bir neçə küçə aralıda çox fərqli, gözlənilməz və unudulmaz bir şou başlayır.

          Vanity Fair Oscar gecəsi onilliklərdir davam edən bir ənənədir. Hər il mərasim başa çatdıqdan sonra baş verənlər, mərasimin özündən heç də az maraqlı deyil, bəzən hətta daha maraqlıdır. Buradakı geyim və libaslar daha fərqli, daha cəsarətli, daha şəxsi, daha gözlənilməzir. Əgər “Oskar” qırmızı xalçasında ulduzlar çox vaxt cilalanmış mükəmməlliyi seçirlərsə, Vanity Fair gecəsində onlar risk etməyə, heyrətləndirməyə və hətta şok etməyə hazırdırlar. Bu mərasimdə qonaq siyahısı daha uzun, atmosfer daha Rahat olduğundan bütün dünyadan moda redaktorları bu xalçanı rəsmi mərasim qədər, bəzən daha çox, diqqətlə izləyirlər.

          Bu ilin 98-ci “Oskar” mərasimi uzun müddət yaddaşlarda qaldı. Gecənin əsas qalibi Pol Tomas Andersonun “Döyüşdən sonra enə döyüş” filmi oldu. O, bir neçə mükafat qazandı. Həmin film “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı adaptasiya edilmiş ssenari”, “Ən yaxşı kastinq” və “Ən yaxşı montaj” nominasiyalarında qalib gəldi. Ən yaxşı ikinci dərəcəli kişi rolun qalibi Şon Penn oldu və o,  üçüncü “Oskar”nı aldı qazandı, lakin onu almağa özü gəlmədi. Maykl B. Cordan nəhayət “Günahkarlar”dakı rolu üçün ilk heykelciyini aldı, Cessi Bakli isə yeganə aktrisa idi ki, mükafat almaq üçün rəqibsiz idi. Onun ən yaxşı qadın rolu üçün qalibiyyəti aylardır qaçılmaz görünürdü. Amma gəlin yenidən geyimlərə qayıdaq.

           Modellər: Sözlərə ehtiyyac olmayan anlar

           Bu il ən çox müzakirə edilən modellərdən biri Bella Hadid oldu. Bu yaxınlarda Prada-nın ilk gözəllik ambassadoru olan model bu gecə üçün bu vəzifəni tamamilə təbii görünən bir görünüş seçdi: dərin V-dekolte və cazibədar açıq arxa ilə ipək topu fil sümüyü rəngində aşağı beldən uzun Miuccia Prada və Raf Simons xüsusi hazırladıqları ətək tamamladı. Hər detal incə seçildiyi üçün onun obrazı- lakonik və qüsursuz idi.

           Metyu Bleyzidən incə mavi Chanel paltarında mükəmməl siluet, mükəmməl rəng, gecənin ruhuna mükəmməl uyğunluq yaratdı.

           Kara Delenvil tamamilə fərqli bir yol seçdi. O, kişi torsu imitasiyalı Thom Browne qiyafetiylə göründü.

LEGION-MEDIA

           Kaya Gerber qırmızı Givenchy paltarında, qüsursuz duruşu və fitri zərafetiylə birləşərək gecənin ən yadda qalan görünüşlərindən birini yaratdı.             Onun yanında Armani Privé-dən leopar printli Heyli Biber də effektli idi, seksual və eyni zamanda heyrətamiz dərəcədə dəbli görünürdü.

           Gecənin ən yadda qalan cütlükləri

           Gecənin əsas cütlüyü, şübhəsiz ki, Timoti Şelome və Kayli Cenner oldu. Onların hər hansı bir xalçada görünməsi həmişə öz-özlüyündə bir tamaşadır. Timoti özünə sadiq qalaraq tam ağ Chrome Hearts geyimind görüntüləndi. Kylie isə Schiaparelli-dən bədəni cizgilərini xüsusi vurğulayan kəsikli paltarda göründü. O, bu paltarı geyinərkən hansı effekti yaratacağını dəqiq bilirdi.

LGION-MEDIA

          Nikol Kidman Chanel-dən olan ziyafət paltarında isə çox  zərif və aristokratik görünürdü.

LEGİON-MEDİA

          Demi Mur öz növbəsində digərlərindən geri qalmadı. Mərasim zamanı o, zümrüd Gucci lələklərində parlayaraq dəbdəbəli, canlı, unudulmaz bir anlar yaşaştdı. Gecədə isə kəskin qara Balenciaga brendinə məxsus paltarda göründü.

LEGİON-MEDİA

         “Amerikanın sevgi hekayəsi”ndəki rolu sayəsində mövsümün ən parlaq kəşflərindən birinə çevrilən Sara Piceon isə Calvin Klein-dən parıldayan incə bağlı paltarda xalçaya çıxdı. Sara xalçaya çıxarkən həm sadə, həm də sehrli görünürdü, sanki bütün gecə məhz onun üçün yaradılmışdı.

         Ən yaxşı qadın rolu “Oskar” mükafatına layiq görülən Cessi Bakli gecəni görünüş dəyişməsinin bir ustası kimi tamamladı. Mərasimdə o, fərdi hazırlanmış qırmızı-çəhrayı Chanel-də parladı.

LEGİON-MEDİA

         Vanity Fair gecəsi həmişə sürprizlərlə doludur və 2026-cı il də istisna olmadı. Dua Lipa və Kallum Tyorner birlikdə, sanki yenicə jurnal üçün fotosessiyada iştirak edən çütlk kimi göründülər. Suki Voterhaus və Robert Pattinson bir daha sübut etdi ki, onlar fərdi xüsusiyyətlərini itirmədən birlikdə gözəl olmağı bilirlər. Mia Gos, Vittoria Ceretti, Iris Lou, Jessica Alba, Emily Ratjkovski, Alessandra Ambrosio, Teyana Taylor, Naomi Uotts, hər biri xalçaya özünəməxsus bir şey gətirdi və hər biri ayrıca məqaləyə layiqdir.

LEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİALEGİON-MEDİA

       Maykl B. Cordan, şübhəsiz ki, gecənin parlaq ulduzu idi. “Günahkarlar”dakı ən yaxşı kişi rolu üçün ilk “Oskar”ını almış halda gecəyə elə bir yüngüllüklə gəldi ki, sanki xalçaya çıxmamışdan əvvə öz üzərində xeyli çalışmışdır. Troy Sivannın görünüşü gecənin kişi çıxışları arasında ən gözlənilməz və yadda qalan görünüşlərdən biri idi.

      Vanity Fair gecəsi sanki bir sehrli güzgüdür. Ulduzların rəsmi qırmızı xalçada necə görünmək istədiklərini göstərən güzgü deyil, onların əslində kim olduqlarını əks etdirən bir güzgü. Məhz burada və bu gecədə ikonik obrazlar yaranır, illər sonra da xatırladığımız görünüşlər meydana gəlir.

Post a Comment