TOP
h


Vogue və ilk AI modeli: süni intellekt dəbi və gözəllik standartlarını necə dəyişir?


  /  Dəb   /  Vogue və ilk AI modeli: süni intellekt dəbi və gözəllik standartlarını necə dəyişir?




Ai model

Süni intellekt Vogue səhifələrində: dəbin yeni dövrü, yoxsa təhlükəli siqnal?

Amerika Vogue jurnalının avqust nömrəsi tarixə düşdü: ilk dəfə olaraq jurnalın səhifələrində tamamilə süni intellekt tərəfindən yaradılmış model yer aldı. Söhbət Guess brendinin reklam kampaniyasından gedir. Reklamda açıq mavi top və qara-ağ naxışlı paltarda poz verən sarışın, iri gözlü və dolğun dodaqlı virtual model görünür. Səhifənin aşağı hissəsində kiçik yazı ilə qeyd olunub: “Süni intellekt vasitəsilə yaradılıb”.

AI model

İA modelini Seraphinne Vallora şirkəti Guess-in sifarişi ilə hazırlayıb. Startapın təsisçilərinin sözlərinə görə, onlarla şəxsən brendin həmtəsisçisi Pol Marçiano əlaqə saxlayaraq yay kampaniyası üçün rəqəmsal model hazırlamalarını istəyib. Komanda on fərqli görünüş variantı təqdim edib, onların arasından isə iki final versiyası — bir sarışın, bir də qarasaçlı model seçilib.

Vogue kimi kult jurnalın səhifələrində süni modelin peyda olması geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və oxucular narahatlıqlarını bildiriblər: bu, real modellərin dövrünün sonu ola bilərmi? Və bu yeni, əlçatmaz gözəllik standartları gənclərə necə təsir edəcək?

Xüsusilə psixoloji sağlamlıqla məşğul olan təşkilatlar məsələni kəskin qarşılayıblar. Beat xeyriyyə təşkilatının rəhbəri Vanessa Lonqli bəyan edib ki, qeyri-realist bədən görüntüləri yeniyetmələrin özünəinamına mənfi təsir göstərə və qidalanma pozğunluqlarına səbəb ola bilər. Bəzi oxucular isə açıq şəkildə bildirib ki, Vogue süni modellərlə dolarsa, artıq jurnalı almağın mənası yoxdur.

Ai Model

Seraphinne Vallora isə deyir ki, məqsədləri real modelləri əvəzləmək deyil. Əksinə, onlar qadınlara neyroşəbəkələr vasitəsilə öz rəqəmsal nüsxələrini yaratmağı təklif edirlər ki, bu da çəkilişləri asanlaşdırır və brendlər üçün xərcləri azaldır. Lakin süni intellektin təlimi üçün də real fotosessiyalar tələb olunur.

Bu, moda sənayesində yeni mərhələnin başlanğıcıdırmı, yoxsa müvəqqəti eksperiment? Bunu zaman göstərəcək. Amma bir şey dəqiqdir: real və virtual dünya arasındakı sərhəd sürətlə silinir — və bu artıq gələcək deyil, bu günün reallığıdır

Post a Comment