TOP
h


Az yağlı qidalar zərərlidir?


  /  Sağlamlıq   /  Az yağlı qidalar zərərlidir?




Az yağlı qidalar zərərlidir?

Amerika araşdırması az yağlı süd məhsullarının zərərini sübut edib.

Az yağlı qidalar tendensiyası yəqin ki, həkimlərin əvvəllər inandığı qədər təhlükəsiz deyil.

Diyetoloqlar ümumiyyətlə az yağlı süd məhsulları seçməyi məsləhət görürlər. Bununla belə, “American Journal of Clinical Nutrition”-da dərc edilən yeni bir araşdırma göstərir ki, əgər siz prediabet riski altındasınızsa, yağ faizi daha yüksək olan qidalar daha sağlam ola bilər. Odur ki, növbəti dəfə supermarketdə rəfdə banka seçərkən, istər nazik bir bel naminə kalorilərə qənaət etmək, istərsə də prediabetin qarşısını almaq üçün hazırkı məqsədləriniz barədə düşünməyi məsləhət görürük.

Tədqiqatda 70 mindən çox insan iştirak edib. Əvvəlcə alimlər iştirakçıların hansı süd məhsullarını və hansı miqdarda istehlak etdiklərini öyrəniblər. Dörd illik müşahidədən sonra məlum olub ki, insanların 3,7 faizində prediabet yaranıb. Bu məlumatlar əsasında hansı menyunun xəstəlikdən daha çox qorunduğunu anlamaq mümkün olub.

Yüksək yağlı süd məhsulları qan şəkərinizi az yağlı süd məhsulları qədər sürətlə artırmaya bilər, çünki onlar daha yavaş həzm olunmağa meyllidirlər.

Post a Comment