Özünə qulluq edən xanımların ən çox maraqlanır: nə almaq lazımdır – tonal krem, BB, CC yoxsa DD krem?
Hansı daha yaxşıdır?
BB, CC, DD KREM ARASINDAKI FƏRQ:
BB krem (Blemish Balm)
Epidermisi peşəkar şəkildə nəmləndirir və qoruyur. BB hərflərin açıqlaması isə Blemish Balm- Ləkə Balzamı deməkdir.
Onun əsas vəzifəsi qüsurları (piqment ləkələrini) aradan qaldıraraq üzün tonunu bərabərləşdirməkdir. Bu kremin teksturası yüngüldür və problemli dəri üçün uyğun deyildir.

CC krem (Color Correction)
Məhsulun mahiyyəti onun adındadır. “CC” hərflərin açıqlaması Color Correction – Rəng Korreksiyasıdır.
Belə bir məhsulun əsas vəzifəsi üz rəngini yaxşılaşdırmaqdır.
Çox vaxt CC kreminə SPF filtri əlavə edilir. Və tərkibində, piqment hissəciklərinə əlavə olaraq, həmişə qulluq komponentlərini ehtiva edir. CC kremin istifadəsindən sonra dəri daha təravətli olur, solğun rəng yox olur.
BB və CC kremlərinin əsas fərqi ondan ibarətdir ki, birincilər tonal kremlərin
təkmilləşdirilmiş versiyaları, ikincilər isə tonlama effekti olan təkmil korrektorlardır.

DD kremləri (Daily Defence)
DD daily defence – gündəlik müdafiə deməkdir.
Əsas məqsəd dərinin səthində lipid baryerinin yüksək keyfiyyətli işləməsini təmin etmək və epidermisi ətraf mühitin dağıdıcı təsirlərindən: duman, işlənmiş qazlar, günəş radiasiyası və zəhərli maddələrdən qorumaqdır. İstehsalçılar onları yaşlanma əleyhinə olaraq yerləşdirirlər, lakin əslində onlar olduqca profilaktikdir, yəni yaşa bağlı əlamətləri düzəltmək üçün deyil, görünüşünün qarşısını almaq üçün istifadə edilməlidir. Bu kremlər, əlbəttə ki, dərinin tonunun yungülcə dəyişirlər.