TOP
h


Evtanaziya


  /  Hüquq   /  Evtanaziya




Evtanaziya yunan εὖ — yaşxı + θάνᾰτος — ölüm deməkdir. Bir çox hallarda uzun sürən ağır xəstəlikdən əziyyət çəkən insanlar evtanaziyaya üz tutur və yeganə çıxış yolu kimi onu qəbul edir.

AKTİV VƏ PASSİV EVTANAZİYA

Evtnaziyanın 2 növü mövcuddur. Passiv evtanaziya – tibb personalı tərəfindən terapiyanın sonlandırılması və bu yolnan ölümə səbəb olması.  Aktiv evtanaziyya – tibb personalı tərəfindən pasientə ani və ağrısız ölümə səbəb olan tibbi preparatların yeridilməsi.  Həkimin köməyi ilə intihar edilməsi də hardən akvtiv evtanaziyaya aid edilə bilər. (həkim tərəfinfən ömrü qısaldan preparatların təyin edilməsi).

KÖNÜLLÜ EVTANAZİYA VƏ ŞƏXSİN RAZILIĞI OLMADAN EDİLƏN EVTANAZİYA

Könüllü evtanaziya xəstənin razılığı əsasında və ya əvvəlcədən söylənilmiş razılıq əsasında həyata keçirilir.
Razılığı olmadan edilən evtanaziya isə bihuş vəziyyətdə olan pasient barəsində olunan evtanaziyadır. Adətən valideyn, himayəçi, qəyyum və ya qohumların razılığı əsasında həyata keçirilir.
Tibb sahəsində olunan naliyyətlər əsasında hazırda müxtəlif cihazların köməyi ilə insanın cismini həyatda saxlamaq mümükündür. Bu cihazların söndürülməsi passiv evtanaziya hesab oluna bilər. Lakin Avropa Palliativ Qayğı Assosiasiyasının 2003-cü il tarixli hesabatına əsasən, yalnız aktiv evtanaziyaya icazə verilmişdir. Qeyd edilən evtanaziyanın növü yalnız pasientin razılığı əsasında qəbul olunması mümkündür. Bu hesabat hal-hazıradək bütün dünya təşkilatları tərəfindən qəbul olunaraq həyata keçrilir.
Könüllü razılıq əsasında qəbul olunan evtanaziya isə – qəsdən adam öldürmək kimi qiymətləndirilir.

Dünya üzrə keçirilən sosioloji soğruların nəticəsində müəyyən olundu ki, həkimlər daha çox evtanaziyanın əleyhinə çıxış edirlər, nəinki əhali.
Evtanaziyanın leyhinə bir çox insan bunları qeyd edir:

  1. İnsanın özünə seçim verilməlidir yaşamaq istəyir və ya istəmir (cümləni düzəlt)
  2. İnsan qəddar və qeyri-insani müalicə üsullar ından qorunmalıdır
  3. İnsan altruist olmaq haqqı vardır : öz yaxın/doğmalarına yük olmamaq, onları fikiki, maddi və mənəvi yormamaq və s.
  4. Müalicənin maddi tərəfi: “Ölm hökümü” oxunan xəstələrin müalicə və saxlamalarına külli miqdarda maddiyat gedir.

Evtanaziya əleyhinə olanlar isə bunları qeyd edir:

  1. Aktiv evtanaziya – insan həyatına qəsd etmək deməkdir
  2. Həkim səhlənkarlığı ucbatından düzgün olmayan diaqnoz qoyula bilər
  3. Daha yeni dərmanların və müalicə üsulların yardalma ehtimalı
  4. Daha effektiv olan ağrıkəsicilərin yaradılması
  5. Tibb personalı tərəfindən sui-istifadə halların çoxaldılması. Əgər evtanaziya qanunvericilik tərəfindən qəbul olunsa, o zaman tibb personalı tərəfindən evtanaziya halların çoxaldılması ilə nəticələnər. Qeyd olunmalıdır ki, kütləvi informasiya vasitələrində dərc olunan məqalələrin altında şərhlərdə yaranan diskussiyalarda bu hal daha çox vurğulanır.

 

TARİX

Ağız boşluğunun xərçəngindən əziyyət çəkən dünyaca məşhur psixoloq, psixoanalitik, psixiatr və nevroloq Ziqmund Freyd yerli keyitmə ilə 31 əməliyyat keçirmişdir. 23 sentyabr 1939-cu ildə Şur həkimin köməyi ilə öz evində evtanaziya nəticəsində dünyasını dəyişmişdir.

Niderlandı və Belgiya evtanaziyanın qanunvericiliklə icazə verən ilk ölkələrdir.
2002-ci ildən Niderlandda “Pasientin xahişi ilə həyatına son qoyulması və assistantlı sui-qəsd Aktı”na əsasən, aşağıda qeyd olunan hallar mövcüd olduğu halda həkim tərəfinfən evtanaziya proseduru keçirilə bilər:

  1. Evtanaziya proseduru keçirilməsi ilə bağlı pasientin əsaslandırılmış razılığı
  2. Xəstənin uzunmüddətli və dözülməz ağrıların olması
  3. Xəstəyə onun xəstəliyi, mövcüd durumu və müalicənin perspektivi haqqında hərtərəfli məlumat verilmişdir
  4. Xəstə пациент убеждён, что не существует иного выхода из положения, в котором он пребывает.

Bundan əlavə qeyd oluanan Akta əsasən, yuxarıda sadalanan hallarla bağlı azı bir həkimimn yazılı rəyi mövcüd olmalıdır.
Qeyd olunan Aktla 16 yaşdan 18 yaşadək olan uşaqlar və 12 yaşdan 16 yaşadək olan uşaqlar barəsində olan hallar da tənzimlənir.
Belçikada 2002-ci ildən başlayaraq evtanaziya travma və ya xəstəlik nəticəsində uzunsürən və mütəmadi olan dözülməz ağrılar çəkən xəstələr barəsində tətbiq oluna bilər. Evtanaziya prosedururnun həyata keçirtilməsi üçüçn xəstənin razılığı mütləqdir.
Evtanaziya barəsində olan qanunvericiliyə də müəyyən dəyişikliklər olur. Məsələn 2014-cü ildən başlayaraq Belçikada evtanaziyaya istənilən yaşda olan uşaq müraciət edə bilər (əvvəllər yalnız 12 yaşdan yuxarı olan uşaqlar müraciət edə bilirdi).
Hazırda Niderlandda evtanaziyanın nəinki ölümcül xəstəliyyə dücar olmuş xəstələrə edilməsi, hətta sağlam olan yaşlılara da edilməsi nzəərdə tutulur (yaşlı insasnların öz xahişi ilə) və qanunvericiliyin müzakirəsi aparılır.
Reyters kompaniyanın (dünyada ən məşhur Holland kütləvi informasiya agentliyiklərdən biri- red.) 2006-cı ildə evtanaziya ilə bağlı aparılmış sorğular nəticəsində müəyyən olunmuşdur ki:
92% layiqli ölm arzulayırlar,
88% özləri müalicə barədə qərar qəbul etmək istəyir,
65% ev şəraitində ölmək istəyir
65% yaxınları üçün ağır yük olmaq istəmir
61% ölm anı öz hüşunda olmaq istəyir
60% digər şəxslərdən asılı olmaq istəmir

“İntihar” turizmi

İsveçrənin Cyurix kantonunda 1941-ci ildən hal-hazıradək assistant intihar forması qəbul olunur və qanunvericiliklə icazə verilmişdir. 1980-ci ildə bu tipli evtanaziyanı həyata keçirən ilk kompaniyalar yaradılmışdır. Dignitas və Exit orqanizasiyalar terminal stadiyada olan pasientlər üçün evtanaziya usluganı təşkil edən ən qabaqcıl müəssələrdir.
Dignitas kompaniyası – dünyada yeganə kompaniyadır ki, digər ölkələrin rezidentləri üçün də evtanaziya prosedurunu təşkil edir. Bü günki gündə ölkə üzrə xarici vətəndaşlar üçün “intihar turları” da təşkil olunur, 2011-ci ildə bu praktikaya son qoyulması üçün dövlət tərəfindən referendum təşkil olunaraq, xarici vətəndaşlar üçün evtanaziyanın qadağan olunması təklif olunmuşdur. (Referendum –red.). lakin 78% əhali bu təklifi qəbul etməyərək artəq formalaşmış praktikanın saxlanılmasını istədilər.
2019-cu ilin hesabatına əsasən, İsveçrədə evtanaziyanın köməyi ilə 1176 nəfərin həyatına son qoyulmuşdur. 249 nəfər Almaniya, İnqiltərə, Fransa, Avstriya və İtaliya vətəndaşı idi.

Palliativ yardım – insanın həyatı ləyaqətlə sona çatdırmaq hüququdur

Palliativ yardımın əsas məqsəd və vəzifələri:

  1. Ağrının yüngülləşdirilməsi və xəstəliyin törətdiyi digər narahatedici simptomların azaldılması
  2. Xəstəyə və qohumlarına psixoloji dəstəyin verilməsi
  3. Ölümə insan həyatının təbii mərhələsi kimi baxılması
  4. Xəstə və yaxınlarının mənəvi-ruhi ehtiyaclarının ödənilməsi
  5. Sosial və hüquqi məsələlərin həll edilməsi
  6. Bioetik məsələlərin həll edilməsi

 

QANUNVERİCİLİK

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə əsasən,  evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam  etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır. Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edən şəxs qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsinə əsasən, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müəllif: Vəkillər Kollegiyasının üzvu, vəkil Elnarə Eyyubova

İnstagram: @huquq.az

Post a Comment