Sarıkök dəri xəstəlikləri üçün əvəzolunmazdır. Maddələrin mübadiləsini təşviq edir. Sarıkök pastası ekzema, qaşınma (yalnız xaricə tətbiq olunur) üçün əla vasitədir və çibanları tez aradan qaldırır. Hindistanda Sarıkökdan kosmetik məhsul kimi geniş istifadə olunur: o, dərinin rəngini yaxşılaşdırır, dərini təmizləyir, tər vəzilərini açır.
Sarıkök masaj üçün və bütün növ dəri xəstəliklərində toz kimi istifadə olunur.
Sarıkökün cavanlaşdırıcı təsiri
Sarıkökün tərkibində müxtəlif yağlar var: əsas yağlar, efir yağları və fenolik birləşmələr (curcumin).
Sarıkök, hətta kiçik dozalarda, sərbəst radikalların hüceyrələrə dağıdıcı təsirini əhəmiyyətli dərəcədə azaldır və bu, qocalma prosesini ləngidir. Tərkibində Sarıkök olan kosmetik vasitələrdən müntəzəm istifadə etməklə qırışların yaranmasının qarşısını ala bilərsiniz. Piy vəzilərinin işini tənzimləyir, üz rəngini yaxşılaşdırır, qidalandırır, yumşaldır və dəriyə gənc və sağlam görünüş bəxş edir.
Sarıkökdən üzü təmizləyən maska⠀
- İki yemək qaşığı kosmetik üz gilini dörddə bir çay qaşığı Sarıkök tozu ilə qarışdırın.
- Qarışığın üçdə birini bir qaba qoyun, bir az su ilə seyreltin və iki damcı lavanda efir yağı əlavə edin. (Qalan quru qarışığı hava keçirməyən bankada saxlamaq olar.)
- Dəriniz qurudursa, maskanı nazik təbəqə ilə, dəriniz yağlıdırsa, qalın təbəqə ilə çəkin. 10-15 dəqiqə saxlayın və sonra sərin su ilə yuyun.
Sarıkökdən cavanlaşdırıcı üz maskası
1 ç.q Sarıkök‚ 1 ç.q. süd və ya qaymaq‚ 1 ç.q. bal, inqrediyentləri qarışdırın və təmizlənmiş üzə 10-30 dəqiqəlik çəkin. Hər gün maskalar hazırlayın. 2-3 maskadan sonra görünən nəticə isə bunlardır: iltihabı aradan qaldırır, dərini cavanlaşdırır, çapıqları hamarlayır, dəri rəngini yaxşılaşdırır.
Sarıkökdəd adi üz maskası
Bir çay qaşığı Sarıkökı az miqdarda südlə qarışdırın və yaranan qarışığı üzünüzə yayın. 30 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Süd yerinə bir az su ilə laym (və ya limon) suyu da istifadə edə bilərsiniz.