Hamam polkanızdakı flakonlar, bankalar sizə həmişə etibarlı və sevimli görünə bilər. Amma bəzən bu “sevimlilər” dərinizin gizli düşməninə çevrilir. Dermatoloqların müşahidələri və elmi araşdırmalar göstərir ki, bəzi məhsullar artıq sadəcə faydasız deyil, həm də təhlükəli ola bilər. Bəlkə də bu gün kosmetika şkafınıza kiçik bir təmizlik etməyin vaxtıdır.
Tarixi keçmiş məhsullar: sakit təhlükə
Görünüşcə normaldırlar, amma içəridə milyonlarla bakteriya çoxalır. Xüsusilə tuş, parıltılar, qələmlər və su əsaslı kremlər. Araşdırmalar göstərir ki, açıldıqdan cəmi bir neçə ay sonra belə məhsullar Staphylococcus aureus və bağırsaq çöpləri ilə dolur. Nəticə – səpgilər, irinli iltihablar, göz infeksiyaları.
Əgər krem və ya tuşunuzun üzərindəki tarix çoxdan keçibsə və ya açıldığından bəri 6–12 ay ötübsə – tərəddüd etmədən onu zibil qutusuna atın.
Tuş və göz qələmləri: görünməz risklər
Göz ətraf ən həssas sahədir. Tuş açıldıqdan cəmi 3-4 həftə sonra bakteriya yığmağa başlayır. Qələmlər isə hər toxunuşda mikrobları dəriyə, oradan da yenidən uca qaytarır. Bir neçə ay sonra isə siz göz qapaqlarına artıq “mikrob kokteyli” çəkirsiniz. Dermatoloqlar məsləhət görür ki, tuş 3-6 aydan bir, qələmlər isə ildə bir dəfə dəyişdirilsin.
Təmizlənməyən bəyti cihazlar
Sponjlar, fırçalar, masaj rollerləri və cihazlar dəriyə qulluqda gözəl aksessuardır, amma hər istifadədən sonra təmizlənməsələr, bakteriyaların çoxalma yeri olur. Nəm mühit və hamamın isti havası mikroblar üçün ideal şərait yaradır. Çarə sadədir: istifadə etdikdən sonra spirt və ya antibakterial vasitə ilə təmizləyin, quru yerdə saxlayın.

Aşındırıcı skrablar
Şəkər, duz və ərik çəyirdəyi tozları təbii görünsə də, əslində dərini cızır, qoruyucu baryeri zədələyir, həssaslığı artırır. Daha müasir alternativ – AHA və BHA turşuları. Onlar dərini zərifcə yeniləyir və balansı qoruyur.
Vaxtı keçmiş günəşdən qoruyucu vasitələr
SPF – dərinizi quruyan vastədir. Amma bu, yalnız məhsul təzə olduqda işləyir. Bir ildən sonra filtrlər parçalanır, krem qoruma funksiyasını itirir, hətta günəş altında yanıq və ləkələr yarada bilər. Qutusundakı tarix köhnədirsə – belə SPF artıq sizi qorumur. (digər məqaləmiz BB, CC, DD kremlər arasindaki fərqi nədir?)
Sabit olmayan aktivlər: retinol, turşular, C vitamini
Bu maddələr dəriyə parıltı və yenilənmə gətirir. Amma onların gücü sadəcə “təhlükəsiz” şəraitdə qorunur. Retinol işıqlı və isti herdə saxlanıldıqda tez sıradan çıxır, C vitamini 1-2 ayda oksidləşir, turşular da düzgün saxlanmayanda təsirini itirir. Nəticə isə bəzən qızartı, qabıqlanma və gözlənilməz reaksiya ola bilər.

“Təbii” kosmetikanın tələləri
Tərkibində qoruyucu olmayan məhsullar daha tez xarab olur və bakteriyalarla dolur. Efir yağları (sitrus, lavanda, çay ağacı) tez-tez allergiya və günəşə qarşı həssaslıq yaradır. Təbii hər zaman təhlükəsiz demək deyil.
Formaldehid donorları olan məhsullar
Bəzi ucuz məhsulların tərkibində DMDM hydantoin və ya Quaternium-15 kimi maddələr var. Onlar az miqdarda formaldehid buraxır. Bu isə allergiya və xroniki qıcıqlanma riskini artırır. Avropada məhdudlaşdırılsa da, bazarda hələ də rast gəlinir.

Unudulmuş gil və ya alginat maskaları
Bankada açıq qalan maskalar bir neçə həftədən sonra xüsusiyyətini itirir, hətta göbələk və bakteriya üçün mühitə çevrilir. Qatlaşmış gil maska isə dəriyə nəmlik vermək əvəzinə, onu qurudur, dartınma və qızartı yaradır.
“Egzotik” tərkiblər: nəticəsi qeyri–müəyyən
İlan zəhəri, ilbiz seliyi, plasenta və ya at yağı ilə məhsullar çox cazibədar səslənir. Amma klinik sübutlar azdır, risklər isə kifayət qədərdir. Allergiya və qeyri-sabit tərkib – əsas problemlərdir.
Kosmetik rəfinizi təmizləmək sadəcə estetik addım deyil — sağlamlıq məsələsidir. Aşağıda siyahıda qeyd olunanları isə mütəq atmaq lazımdır:
- tarixi keçmiş məhsulları,
- bir ildən çox açıq qalan SPF kremləri,
- sərt skrabları,
- sabit olmayan aktivləri,
- formaldehid tərkibli kosmetikanı,
- şübhəli “təbiət” etiketli vasitələri.
Siz hər zaman yalnız yeni məhsllardan istifadə etsəz və həmin kosmetik vasitələri düzgün şəraitdə saxlasaz dəriniz sizə minnətdar olacaq. Çünki gözəllik sadəcə effekt deyil, həm də təhlükəsizlikdir.
